Almaniyada  iğtişaşlarda 20 nəfər yaralandı - VİDEO
    • 28-08-2018, 17:03
    • 675

Almaniyada iğtişaşlarda 20 nəfər yaralandı - VİDEO

Ötən gün Almaniyanın Xemnits şəhərində baş vermiş iğtişaşlarda 18 nümayişçi və 2 polis məmuru xəsarət alıb.

Bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, "Pro Chemnitz" hərəkatına qatılmaq üçün Berlin, Brandenburq, Turingiya, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliyadan nümayişçilər axışıb.

Polis nümayəndələri küçə aksiyalarının miqyasını düzgün qiymətləndirmədiklərini etiraf ediblər.

//report