Qadın öz evində ölü TAPILDI
    • 23-11-2019, 16:17
    • 914

Qadın öz evində ölü TAPILDI

Sumqayıtda mənzildə qadın meyiti tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Nəcəfova Nəzakət Əhmədxan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.