Qurbanov Qurbanov: Hər bir futbolçu sabah əlindən gələni edəcək
    • 29-08-2018, 19:00
    • 898

Qurbanov Qurbanov: Hər bir futbolçu sabah əlindən gələni edəcək

Sabah “Qarabağ”  Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Moldovanın “Şerif”  klubu ilə görüşəcək.
Ağdam klubunun baş məşqçisi oyundan öncə mətbuat konfransına çıxıb.
Qurbanov öncə qarşılaşma barədə fikirlərini bildirib:
“Hər bir futbolçu sabah əlindən gələni etməyə çalışacaq. Soyuqqanlı olmağa çalışacağıq. Rəqib təhlükəli komandadır.
“Şerif” çox rotasiya edib. Yuri Kendışın olmaması rəqib üçün heç bir qorxu yaratmır. Onlarda onu əvəzləyəcək futbolçu var.
Bizdə stress həmişə var. Bu ildən ilə artır. Məncə, uduzsam, necə olacaqla bağlı hamıda həyəcan var. Bu, normal haldır.
Stadionlarımıza azarkeşin az gəlməsinin polislərlə bağlı olduğunu deməzdim. Polislərlə azarkeşlər arasında problem hər yerdə var. İnşallah, bizdə belə problemlər olmaz.
Müdafiə xəttində səhvlərin sabah təkrarlanmayacağına ümid edirəm. Təbii ki, mətbuatda yazılanlar komandaya pis təsir edir. Biz də çalışırıq ki, bir qədər belə şeylərdən kənar qalaq.
Araz Abdullayev bizimlə yenidən məşqlərə başlayıb. Bildiyiniz kimi, onun Azərbaycandakı klublarla problemi var. Bir milli futbolçusu kimi onun hansısa klubda oynamasına çalışacağıq. Lazım gəlsə, onun keçməyinə köməklik edəcəyik” .
Qeyd edək ki, bu görüş sabah saat 21:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
//oxu.az