-
- 29-11-2019, 00:44
- 675
"Eurovision"dan imtina etdilər SƏBƏBSİZ
Macarıstan hec bir açıqlama vermədən rəsmi olaraq "Eurovision" yarışmasından imtina edib.
News24.az xəbər verir ki, onlar beynəlxalq musiqi yarışmasını "homoseksualların yığıncağı" adlandırıb.
"Əslində əsas səbəb açıqlanmayıb. Amma görünür buna səbəb yarışmadakı homoseksuallığa qarşı bir addımdır. Burada baş nazir Viktor Orban ailə münasibətlərinin möhkəmləndirilməsi, doğuşların artırılması sahəsində yeni ənənəyə başlayıb" deyə, "The Guardian" dərgisi yazıb.
Daha sonra isə bir neçə qurumlar "Eurovision" yarışmasından LGBTİ-ni dəstəklədiyi üçün imtina etdiklərini bildiriblər.
Macarıstanla yanaşı yarışmanı Çernoqoriya da tərk edib. Ukrayna və Bolqarıstan isə müsabiqəyə yenidən qayıtdığını elan edib.