25 yaşlı xanım itkin düşdü - AXTARILIR - FOTO
    • 29-11-2019, 09:52
    • 1 292

25 yaşlı xanım itkin düşdü - AXTARILIR - FOTO

İtkin düşən 25 yaşlı xanım axtarılır.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Yevlax rayonunda anadan olan 1994-cü il təvəllüdlü Həsrət Cəbrayılova sentyabrın 21-də yaşadığı Binəqədi rayonu Metodrom qəsəbəsidnə yerləşən fərdi evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində tünd yaşıl rəngli uzunqollu köynək, qara rəngli cins şalvar və ağ rəngli idman ayaqqabısı olub. H. Cəbrayılova sonuncu dəfə Yevlax rayonu ərazisində görülüb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-336-45-02 və (050) 397-90-70 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.