"Hər kəs bir hədəf ətrafında birləşib"- Bahar Muradova
    • 6-12-2019, 11:53
    • 525

"Hər kəs bir hədəf ətrafında birləşib"- Bahar Muradova

"Bu layihədə vəzifəsindən asılı olmayaraq hər kəs bir hədəf ətrafında birləşib. Eyni zamanda bu torpağımıza, ölkəmizə olan münasibətdən xəbər verir. Ətraf mühitin sağlam olmasına töhfədir. ". 

News24.az xəbər verir ki, bu sözləri vitse-spiker Bahar Muradova ağacəkmə aksiyası zamanı deyib:"Belə bir tədbirdə iştirak etmək qürurvericidir. Əkilən 5-6, 10-15 ağac köklərini torpağa basaraq günəşə doğru boylanacaq. Bununla da, insanlar faydalanacaq, ölkəmiz gözəlləşəcək. Ətraf mühit sağlamlaşacaq. Bütün bunlar pozitiv münasibət formalaşdırır. Bir də dostluğu və birliyi möhkəmləndirəcək. Burda gördüyünüz birlik hər şeyə dəyər. Biz hər birimiz dövlətimiz, xalqımız üçün çalışırıq. Bu cür layihələrin keçirilməsi təqdilayiq və sevindiricidir. Bundan sonra da bu cür aksiyalar davamlı olacaq".