Əli Həsənov deputatlığa namizəd olacaq? - AÇIQLAMA
    • 24-12-2019, 12:16
    • 587

Əli Həsənov deputatlığa namizəd olacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bir çox media nümayəndələri və iqtisadçılar da parlament seçkilərində iştirak edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə Prezidentin sabiq köməkçisi Əli Həsənovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.

Əli Həsənov bildirib ki, yayılan xəbərlər şayədir:  "Mən bununla bağlı heç bir fikir səsələndirməmişəm. Əgər belə bir fikrim olsa, ictimaiyyəti özüm məlumatlandıracam". /Sonxeber.az/