Rumıniyada oxumaq istəyənlərin NƏZƏRİNƏ
    • 30-12-2019, 16:23
    • 427

Rumıniyada oxumaq istəyənlərin NƏZƏRİNƏ

Rumıniya Xarici İşlər Nazirliyi 2020-2021-ci tədris ili üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edir.

Tədris rumın dilindədir. Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, tələb olunan sənədlərin siyahısı keçiddən əldə edilə bilər.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 7 fevral 2020-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir. 

Afaq Mirayiq