-
- 29-12-2019, 14:25
- 963
Bakıda 19 nəfəri aldadan məşhur şirkət rəhbərindən YENİ XƏBƏR
Bakıda vətəndaşları aldadaraq onların etibarından sui-istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş “Real” MTK tikinti şirkətinin direktoru barəsində Ali Məhkəməyə müraciət edilib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni, dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham edilərək təqsirli bilinmiş Cahangirli Sahil Nizami oğlunun işinə yenidən baxılacaq. Müraciətə Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, S.Cahangirli "Real" MTK-nın direktoru olan zaman Nərimanov rayonunda tikilən binada mənzilləri bir neçə nəfərə satıb.
"Real" MTK-nın sahibi İlham Qasımov iş adamı, şair Gülağa Tənhanın şikayəti əsasında həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilsəd də, Bakı Apellyasiya Məhkəməsi cəzanı 12 ilə endirib.
Sahil Cahangirli barəsində də bundan əvvəl dələduzluq ittihamı ilə cinayət işinə baxılıb və o, şərti cəza ilə azadlığa çıxıb.
S.Cahangirli barəsindəki iş üzrə 19 nəfər zərərçəkən şəxs qismində tanınıb.