DİN: Cinayətdə şübhəli bilinən 47 nəfər SAXLANILDI
    • 6-01-2020, 15:58
    • 505

DİN: Cinayətdə şübhəli bilinən 47 nəfər SAXLANILDI

Respublikanın daxili işlər orqanları tərəfindən, 4-5 yanvar tarixlərində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.