-
- 13-01-2020, 14:11
- 745
Bakıda qadından dəhşətli cinayət - Affekt vəziyyətdə törətdi
Bakıda həmcinsini qətlə yetirən qadın barəsində açılan cinayət işinin ibtidai sitintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Aynur Səmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 122.1-ci (Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə açılan işin materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, A.Səmədovanın yaxın qohumu F.Səmədova zərərçəkən şəxs qismində tanınıb. Məhkəmənin hazırlıq iclası 23 yanvara təyin edilib.