Bakıda iki nəfər ağciyər xəstəliyindən ÖLDÜ
    • 15-01-2020, 13:08
    • 1 253

Bakıda iki nəfər ağciyər xəstəliyindən ÖLDÜ

Bakıda xəstəxanada ölüm hadisəsi baş verib.

Hadisə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb. Xəstəxanada müalicə alan Qəniyev Rəşad və Qafarov Azad dünən səhər saatlarında dünyalarını dəyişiblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən xəbərə görə, hadisə barədə məlumatlıdırlar. Hazırda bununla bağlı araşdırma gedir.

Qeyd edək ki, noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı da vəfat edib. /Apa/