Ağciyər Xəstəlikləri İnstitutunda 4-cü xəstə də öldü- EKSKLÜZİV
    • 29-01-2020, 14:07
    • 3 957

Ağciyər Xəstəlikləri İnstitutunda 4-cü xəstə də öldü- EKSKLÜZİV

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanvarın 27-də daha bir nəfər ölüb.

Bunu News24.az-ın sorğusuna cavab olaraq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin  (TƏBİB) mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 27.01.2020-ci il tarixdə baş vermiş ölüm hadisəsi haqda məlumatında qeyd edilir ki, xəstə Nəsirova Səbinə Heydər qızı 1983-cü il təvəllüdlü ETACXİ-na 12.12.2019 -cu il tarixdə saat 12.40-da olduqca ağır katexetik vəziyyətdə daxil olub və "ağciyərlərin infiltrativ vərəmi" şübhəsi ilə 2-ci reanimasiya şöbəsinə yerləşdirilib.

Müvafiq müayinələr nəticəsində vərəm xəstəliyi inkar edilmiş və xəstə "İnsanın İmmun çatışmazlığı Virusu İnfeksiyası- İV klinik mərhələ. interstitial pnevmoniya, oral kandidozala" diaqnozu ilə 19.12.2019-cu il tarixdə birinci reanimasiya şöbəsinə köçüqrülmüş və müvafiq müalicə təyin edilmişdir.

Reanimatoloq, pulmonoloq və QİÇS-lə mübarizə Mərkəzinin həkiminin nəzarəti altında intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin-ağçiyər, ürək çatışmazlığı inkişaf etmiş və 27.01.2020-ci il tarixdə saat 10. 40-da bioloji ölüm qeyd olunub". 

Afaq Mirayiq