-
- 21-01-2020, 15:25
- 941
Yeni növ pnevmoniyadan ölənlərin sayı 6-ya çatdı - VİDEO
Çində yeni növ pnevmoniyaya yoluxanların sayı 291 nəfərə yüksəlib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda xəstəlikdən 6 nəfər ölüb.
Ötən gün ərzində Uhan və ona bitişik Hubey əyalətində, Pekin və Şanxayda 77 yeni yoluxma hadisəsi qeydə alınıb. Digər 14 bölgədə hakimiyyət, pnevmoniyaya bənzər simptomları olan 54 şübhəli şəxsə karantin tətbiq edib.
25 xəstənin sağaldığı və evə buraxıldığı, 227 nəfərin isə xəstəxanada müalicə olunduğu bildirilib. Onlardan 51-nin vəziyyəti orta və ağır, 12-nin isə vəziyyəti kritikdir.
Sosial şəbəkələrdə yeni növ sətəlcəm xəstəsinin xəstəxanaya necə aparıldığı barədə video da yayılıb. Görüntülərdə tibb işçilərinin hermetik geyimdə olduğu müşahidə edilir.