Şəkidə itən 13 yaşlı Hüseynəli tapıldı - EKSKLÜZİV
    • 23-01-2020, 11:38
    • 1 000

Şəkidə itən 13 yaşlı Hüseynəli tapıldı - EKSKLÜZİV

Şəkidə itkin düşən 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli tapılıb.

Bu barədə News24.az-a açıqlamasında Şəki şəhər rayon polis şöbəsinin tədqiqatçısı, polis baş leytenant Natiq Əzimov deyib. Onun sözlərinə görə, Hüseynəli özü atasına zəng edib: “Anası dedi ki, uşaq Sabunçu Xəstəxanasından həkimin telefonu ilə atasına zəng edib. Epilepsiyası xəstəliyi var, dünən qıcolma baş verib, xəstəxanaya aparıblar. İndi Şəkidəki evlərindədi”.

N.Əzimovun sözlərinə görə, Hüseynəli ailəsi ilə birgə əvvəllər Bakıda yaşayıblar: “Səkkiz aydır ki, Şəkiyə köçüblər. Uşaq həmişə o ərazilərdə dilənirmiş. Dediyinə görə, evdən qaçanda da “Neftçilər” ərazisində dilənçilik edirmiş”.   

Qeyd edək ki, ötən gün Hüseynəli Hüseynlinin itməsi ilə bağlı məlumatı News24.az araşdırıb, oxuculardan biri onu “Neftçilər” metrosu ərazisində gördüyünü bildiirdikdən sonra bu məlumatı dərhal polis orqanlarına xəbər etdik. 

Məlumat üçün bildirək ki, Şəki şəhər sakini 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-ü səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdır. O, bundan əvvəl də bir neçə dəfə itkin düşüb. 

Afaq Mirayiq