Türkiyədə Yaşayan Azərbaycan Türklərinin II Qurultayı keçiriləcək
    • 28-01-2020, 23:29
    • 1 568

Türkiyədə Yaşayan Azərbaycan Türklərinin II Qurultayı keçiriləcək

Çağdaş Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə Türkiyədə yaşayan Azərbaycan Türklərinin II Qurultayının mətbuat konfransı keçiriləcək.


Dərnəkdən News24.az-a verilən məlumata görə, görüş fevralın 6-da “Azərkitab”ın konfrans zalında baş tutacaq. Tədbirin keçirilmə məqsədi Türkiyədə yaşayan Azərbaycan Türklərinin birliyini daha da möhkəmləndirmək, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini yüksək səviyyədə təcəssüm etdirməkdir.


Qonaqlar sırasında Türkiyədəki Azərbaycan Kültür Dərnəklərinin idarə heyətlərinin üzvləri, sənətçilər, siyasətçilər və iş adamları yer alacaqlar.

Qeyd edək ki, Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayı 2011- ci ildə Türkiyənin İzmir şəhərində baş tutmuşdu. Sözügedən tədbirə dünyanın dörd bir tərəfində, o cümlədən Amerika Birləşmiş Ştatları, ayrı-ayrı Avropa ölkələri, Rusiya və Türkiyədə yaşayan soydaşlarımız təşrif  buyurmuşdular.


Qurultaydan sonra isə “Türkiyədə yaşayan Azərbaycan Türkləri” adlı kitab çap edilmişdi.