-
- 30-01-2020, 13:40
- 1 238
"İmanla iki il nişanlı olub" - Qətlə yetirilən 16 yaşlı gəlin haqda MARAQLI MƏLUMATLAR
Yanvarın 29-da Masallı rayonu Xoşçobanlı kənd sakini 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın qətli cəmiyyətdə böyük rezonansa səbəb olub.
Xatırladaq ki, ölümündən iki həftə əvvəl ailə quran F. Qəmbərovanın 19 yaşlı həyat yoldaşı İman Məmmədov tərəfindən öldürüldüyü bildirilir. İ.Məmmədov günahını etiraf edib.
Haqqında danışılan cütlüyü tanıyan şəxslərdən birinin News24.az-a verdiyi məlumata görə, Fatimə və İman iki-üç öncədən bir-birini tanıyıb seviblər: “Onları heç kim məcburi evləndirməyib. Fatiməylə İman 2 il nişanlı olublar. Evlənmək üçün qızın nikah yaşına çatmasını gözləyirdilər. Qız toydan əvvəl burnundan əməliyyat olunub. Xəstəxanada olduğu müddətdə oğlan Fatimənin yanında özü qalıb. Qısqanc olduğu üçün heç kimin onunla qalmasına icazə verməyib”.
Məlumat verən şəxs onu da bildirib ki, İmanı tanıyanların heç biri onun Fatiməni öldürdüyünə inanmır: “Oğlan fiziki baxımdan zəif, cüssəsizdir. Həm də sakit uşaqdır. Belə bir cinayət törədə biləcəyinə inanmırıq”.