Toyundan 20 gün sonra öldürülən Fatimənin qayınanası:  
    • 5-02-2020, 00:46
    • 1 169

Toyundan 20 gün sonra öldürülən Fatimənin qayınanası:  "Mənə gəlin deyəndə hirslənirəm" - VIDEO

Xəbər verdiyimiz kimi, 2003-cü ildə anadan olmuş Fatimə Qəmbərovanın toyundan 2 həftə sonra ölüsü tapılmış, istintaq onun öldürüldüyünü bildirmişdi.


News24.az BBC Azərbaycanca-ya istinadla xəbər verir ki, Fatiməni nənəsi və babası böyüdüb. Onlar üçün Fatimə nəvə yox, övladıymış.

Azərbaycanda nikah yaşı 18-dir, bəzi xüsusi hallarda bu yaş 17-yə endirilə bilər.


Ailə məcəlləsinə görə, üzürlü səbəblər olduqda nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər.


Fatimənin isə heç 17 yaşı da tamam olmayıb.

Bəs ailəsi onu niyə bu yaşda ərə verib?

Müxbirimiz 16 yaşlı Fatimənin doğma kəndi Həsənli və gəlin köçdüyü Xoşçobanlı kəndlərində olub və sakinlərlə danışıb.


Fatimənin qayınanası iki övladını itirdiyini söyləyib: "Mənə gəlin deyəndə hirslənirəm. Mənim balam öldü. Canım öləydi kaş".


Xatırladaq ki, 19 yaşlı Fatimə Qəmbərova toyundan 20 gün sonra əri İman Məmmədov tərəfindən boğularaq öldürülüb.