Göygöl sakininin evində SİLAH AŞKARLANDI - FOTOLAR
    • 31-01-2020, 12:25
    • 674

Göygöl sakininin evində SİLAH AŞKARLANDI - FOTOLAR

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Topalhəsənli kənd sakini, Mərdan Həsənovun kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd, “Karabin” markalı yivli odlu silah və həmin silaha aid 29 ədəd patron aşkar olunaraq aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.