-
- 3-02-2020, 18:42
- 763
50 il qaydanı pozmayan sürücü... - Vaqif Əsədov şayiələrə aydınlıq gətirdi
““Piyadaların vurulması çox ciddi narahatlıq doğurur. Biz də bunun qarşısının alınması yollarını axtarıb tapmaq, piyadaların təhlükəsizliyi ilə bağlı təbliğatın genişləndirilməsi məqsədi ilə sorğular keçiririk. Bu sorğulardan da biri Azneft dairəsində baş tutdu. Sürücülərə “piyadaları vurmamaq üçün nə etməliyik” sualını ünvanladıq. Yetmiş altı yaşlı Rəcəb müəllim bildirdi ki, piyadalar qaydaları bilməyə bilər. Sürücü diqqətli olsa, qəzalar olmaz”.
Bunu News24.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.
O bildirib ki, bu sorğu zamanı bəlli olub ki, Rəcəb Hüseynov 50 ildir sürücülük edir və bir dəfə də olsa, qaydanı pozmayıb: “Həm mən, həm də yanımda olan əməkdaşlara sürücünün bu cür nümunəvi olması çox maraqlı gəldi. Ad, soyad və əlaqə nömrəsini alıb idarədə araşdırma apardıq. Öyrəndik ki, Rəcəb bəy ilk dəfə 26 yaşında atasının “Moskviç”ini sürüb. O, daha sonra iki dəfə “Jiquli” və “Tofaş” alıb. Ailə üzvlərinin təkidi ilə isə “BMW” alıb və son beş ildir ki, onu idarə edir. Gördük ki, həqiqətən də Rəcəb müəllim bir dəfə də olsa yol-qəza hadisəsi törətməyib”.
V.Əsədov araşdırmadan sonra məsələ ilə bağlı rəisə məlumat verdiyini deyib: “Rəisə məlumat verdim ki, Rəcəb müəllimyarım əsrdir avtomobil sürür, amma bir dəfə də qaydaları pozmayıb. Rəis də göstəriş verdi ki, ona təşəkkür edək və diplom verək. Biz də Rəcəb müəllimədiplom, simvolik olaraq medal verdik və saat hədiyyə etdik”.
Vaqif Əsədov nümunəvi sürücünün bu illər ərzində əməl etdiyi qaydaları açıqlayıb: “Rəcəb kişi deyir ki, “Hamı kimi mənim də telefonum var. Mən şəxsən bu maşına oturanda telefonu arxa oturacağa qoyuram. Heç vaxt içkili vəziyyətdə maşın idarə etmirəm. Hər zaman təhlükəsizlik kəmərindən istifadə edirəm. Avtomobildə əyləşənlə danışmamışam, radioya səs verməmişəm ki, diqqətim yayınar. Eyni zamanda da sürət həddini aşmamışam. Düşünmüşəm ki, birdən qarşıdakı avtomobil qaydanı pozar. Özümü qoruyum. Görüntünün zəif olduğu yerdə ehtiyatlı olmuşam”.
Onun dediklərindən anladım ki, Rəcəb müəllim yol polisinin dediklərinin hamısına əməl edir. Onu da deyim ki, bu nümunəvi sürücü müxtəlif müəssisələrdə işləyib. Onun təhlükəsizliyin təmin edilməsi ilə bağlı dörd sertifikatı var”.
Sonda isə Vaqif Əsədov sosial şəbəkələrdə Rəcəb müəllimin 50 ildir sürücülük vəsiqəsi olmasına baxmayaraq, maşın almadığı, buna görə də qayda pozmadığı ilə bağlı deyilən fikirlərə münasibət bildirib. Rəcəb müəllimrusdilli olduğu üçün fikirlərini aydın ifadə edə bilməyib. O, ilk dəfə atasının maşınını sürdüyünü demək istəyib. Yayılan xəbərlərə görə, mənə narazılığını da bildirdi. Dedi ki, “bəs 4 sertifikatı mənə metroya, avtobusa mindiyimə görə veriblər?”