-
- 8-01-2020, 10:47
- 1 052
BNA-dan növbəti biabırçılıq – İri avtobusları çıxarıb yerinə balacaları buraxdılar - FOTO
Bakıda sərnişindaşıma sahəsindəki problemlər bitib-tükənmir.
News24.az-ın məlumatına görə, sərnişinlər bu dəfə 29 nömrəli marşrutda avtobusların dəyişdirilməsindən şikayət edir. Belə ki, Avtovağzal-Badamdar marşrutunda işləyən daha böyük avtobuslar xətdən kənarlaşdırılıb və onların yerinə kiçik avtobuslar buraxılıb.
Marşrutun sürücüsü deyib ki, onların sürdüyü Daevoo markalı iritutumlu avtobuslar Bakı Nəqliyyat Agentliyinin tələbi ilə 71 saylı xəttə keçirilib. Buna görə də, şəhərin mərkəzində işləyən 29 saylı marşruta kiçik avtobuslar verilib.
Xatırladaq ki, 29 saylı marşrut Bakıdakı ən problemli marşrutlardan biridir, bu avtobuslar daim qapısı açıq halda hərəkət edir.