Şəkidə it üç azyaşlını dişlədi
    • 23-02-2020, 16:50
    • 1 185

Şəkidə it üç azyaşlını dişlədi

Şəkidə bir it üç nəfəri dişləyib.

News24.az xəbər verir ki, Şəkinin Qırxbulaq kəndində it kənd sakinlərinə hücum edib və üç nəfəri dişləyib.

Xəsarət alan üç nəfər həmin kənd sakinləri, 2014-cü il təvəllüdlü Hüseynov Vüsal Nadir oğlu, 2011-ci il təvəllüdlü Əlili Adəm Polad oğlu və 2008-ci il təvbəllüdlü Əlifov Cəlal Cəvanşir oğlu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanada yaralılara yardım göstərilib, quduzluğa qarşı peyvənd olunub və müalicələri davam etdirilir.