Anar Ağakişiyev ölümlə üz-üzə. Çində dəhşətli qasırğa-VİDEO
    • 16-09-2018, 10:22
    • 2 099

Anar Ağakişiyev ölümlə üz-üzə. Çində dəhşətli qasırğa-VİDEO

Dünyaca məşhur stilist Anar Ağakişiyevin həyatı təhlükədədir.

 News24.az xəbər verir ki, top-stilist hazırda səfərdə olduğu Çində təbii fəlakətlə rastlaşıb.

 Dəhşətli qasırğa həyatı iflis edib.  "Qasırğa Honkonga ciddi ziyan vurdu. Mən də orda idim. Təbii fəlakət yaxınlaşdıqca, mümkün qədər uzaqlaşmağa çalışıram. Hazırda Guandjoudayam. Qasırğa indi də bura gəlir. Heç bir yer işləmir.

Hava Limanı da. Hər kəs panikadadır. Bizi oteldə bağlayıblar ki, çölə çıxmaq daha təhlükəlidir. Mənə görə dua edən dostlarıma təşəkkür edirəm",- deyə Anar əməkdaşımıza danışıb.  Ötəl ilin avqust ayında da Honkongda bu cür qasırğa yaşanmışdı.

 Təbii fəlakət şəhəri darmadağın etmişdi.  Xatırladaq ki, Çin daima təbii fəlakətlərlə üzləşir. Hər il qasırğa və sunami kimi təbii hadisələr nəticəsində yüzlərlə insan həlak olur, evlər dağıdılır.