-
- 26-03-2020, 18:05
- 873
Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantində- “Nə qədər lazımdır, qalacaqlar”
“Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”.
News24.az-ın məlumatına görə, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.
F. Bədəlbəyli bildirib ki, İtaliyadan dostları var, onlarla danışır: "Mənə deyirlər ki, ölkələrində vəziyyət pisdir. Nəyə görə? Çünki italiyalılar bir az bizə oxşayırlar. Çindəki kimi qayda-qanun, dəmir yumruq İtaliyada yoxdur. Çində hər şeyi ordu həll edirdi, İtaliyada isə belə deyildi. Restoranlar, kinoteatrlar, barlar açıq idi. Camaat axşamlar küçəyə tökülüşürdü. Ona görə orda indi faciə yaşanır. İtalyalı dostlarım mənə tapşırırlar ki, siz bizim problemləri təkrar etməyin, insanları başa salın ki, bu çox böyük təhlükədir, ehtiyatlı olun, qoyulan qaydalara əməl edin”. /APA/