Lerikdə 30-a yaxın ağac kəsildi - NAZİRLİK ARAŞDIRMAYA BAŞLADI
    • 26-03-2020, 19:07
    • 847

Lerikdə 30-a yaxın ağac kəsildi - NAZİRLİK ARAŞDIRMAYA BAŞLADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonu Hamarmeşə kəndinin yaxınlığında Gurdasar meşəbəyliyində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumlarının  əməkdaşları tərəfindən yerində araşdırılıb.

Regional Ekologiya İdarəsinin rəisi Rafael Tahirov News24.az-a bildirib ki, sözügedən  meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib olunub.

“Hazırda Nazirliyin yerli qurumları və rayon polis şöbəsi tərəfindən təqsirkarların müəyyən olunması istiqamətində  tədbirlər həyata keçirilir, nəticə barədə əlavə məlumat veriləcək”.

Nazirlik rəsmisi ağacların kəsilməsi ilə bağlı nazirliyə məlumat verən  təbiətsevərlərə təşəkkürünü bildirib, vətəndaşları təbiət düşmənlərinə qarşı  bundan sonra da birgə mübarizəyə çağırıb.