DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə MÜRACİƏT
    • 28-03-2020, 17:42
    • 666

DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə MÜRACİƏT

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən verilmiş elanlarda qeyd olunduğu kimi, koronavirus infeksiyasının (COVID-19) yayılması nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 16 mart - 30 aprel tarixləri arasında bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul olunmuş hesab edilib.

Dövlət Miqrasiya Xidmətindən News24.az-a verilən məlumata görə, qurum tərəfindən olma müddəti 16 martdan 31 martadək olan şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar artıq qəbul edilib. Müvəqqəti olma müddəti aprelin 30-dək olan şəxslərlə bağlı isə DMX tərəfindən mərhələli qaydada qərarlar qəbul ediləcək. Bununla bağlı məlumatlar qısa müddət ərzində Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında yerləşdiriləcək.

DMX bir daha qeyd edir ki, qəbul olunmuş qərarlar əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız dövlət rüsumunu ödədikdən sonra ölkədə qalmaq hüququ əldə etmiş olur (rüsumlarla bağlı ödəniş nömrələri isə artıq qurumun internet saytında (https://eservice.migration.gov.az/public/payments-search) yerləşdirilib). /Trend/