-
- 29-03-2020, 10:45
- 576
DİM rəhbərliyi maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 1 aylıq vəzifə maaşının 4 mislini, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov 1 aylıq vəzifə maaşını, Mərkəzin digər rəhbər şəxsləri isə aylıq vəzifə maaşının 50%-ni Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Mərkəzdən News24.az-a verilən məlumata görə, yardımın edilməsində məqsəd COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.