Gəzmək üçün dəniz qırağına gedənlərin nəzərinə!
    • 29-03-2020, 15:37
    • 768

Gəzmək üçün dəniz qırağına gedənlərin nəzərinə!

Bakıda parkların bağlanmasından sonra vətəndaşların bir çoxu gəzmək üçün sahil çimərliklərinə üz tutub. Lakin bu yerlərdə də toplaşmaq qadağan olunduğu üçün polis reydlərə başlayıb.  

News24.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən çimərliklərdə reydlər aparılıb:

“Bir yerə toplaşan vətəndaşlarla profilaktik söhbət edilib, onlara qaydalar izah olunub və həmin şəxslər ərazidən uzaqlaşdırılıb. Sahil çimərliklərindəki iaşə obyektlərinin də fəaliyyəti dayandırılıb. Bu tədbirlər karantin müddətində davam etdiriləcək”.