15 il dilənən qadının milyoner olduğu ortaya çıxıb
    • 19-09-2018, 19:00
    • 806

15 il dilənən qadının milyoner olduğu ortaya çıxıb

Demək olar ki, hər gün dilənçilərlə rastlaşırıq. Bəzisinin həqiqətən o pula ehtiyacı olsa da, bəziləri isə yalandan dilənir. Daha doğrusu bunu özünə asan qazanc yolu, peşə olaraq seçirlər.

 News24.az xəbər verir ki, Livanın Beyrut şəhərində 15 ildir ki, maşının içərisində yaşayan dilənçi qadın, ona kömək edən insanlar tərəfindən  ölmüş halda tapılıb.

 54 yaşlı Fatma Muhammad Osmanın yaşadığı maşının içərisindən 4 min dollar pul tapılıb. Əlavə olaraq isə qadının bank hesabında 5.5 milyon dolları olduğu bilinib.

Ona kömək edən insanlar, maşnın içərisindən çıxan pulları gördükdə heyrətə gəliblər.

Şəlalə Ağayeva