İranda koronavirusdan ölənlərin sayı 3600-ü KEÇDİ
    • 5-04-2020, 14:09
    • 840

İranda koronavirusdan ölənlərin sayı 3600-ü KEÇDİ

İranda koronavirus infeksiyalarının sayı 58226-ya çatıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur açıqlamasında yoluxma hallarından 3603-ünün ölümlə nəticələndiyini bildirib:"Təəssüf ki, son 24 saat ərzində xəstəxanalarda və tibb mərkəzlərində 151 xəstə ölüb. Ölkə ərazisində sutka ərzində yoluxma hallarının sayı 2483 olub. Ümumi sağalanların sayı isə 22011 nəfərdir".