İcazə SMS-nə cavab gəlməyən XARİCİ VƏTƏNDAŞLAR NARAHATLIQ İÇİNDƏ - FOTOLAR
    • 5-04-2020, 15:34
    • 1 159

İcazə SMS-nə cavab gəlməyən XARİCİ VƏTƏNDAŞLAR NARAHATLIQ İÇİNDƏ - FOTOLAR

Bu gün saat 00:00-dan etibarən Azərbaycanda Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə hərəkət məhdudlaşdırılıb. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

News24.az xəbər verir ki, bu xidmətdən artıq istifadə edən vətəndaşlar da olub. Deyilənlərə görə sorğular çox operativ şəkildə cavablandırlır. Lakin vəziyyətin belə olmadığını iddia edən vətəndaşlar da az deyil. Bir sözlə saatlarla telefonuna baxa-baxa geri sms gözləyən sakinlərin də kifayət qədər olduğu məlum olub. Xüsusilə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan xarici vətəndaşlar sms-lərinə cavab gəlməməsindən narazıdırlar.

Belə ki, xarici vətəndaşlardan biri saytımıza bildirib ki, sözügedən xidmətdən dəfələrlə istifadə etsə də, sonluq müsbət olmayıb. Nəticədə həmin xarici vətəndaşa göndərilən sms-in yalnış olduğunun cavabı gəlib. 

Məsələylə bağlı "ASAN xidmət"in mətbuat katibi Elnur Niftəliyevlə əlaqə saxladıq. E.Niftəliyev News24.az-a yaxın saatlarda bununla bağlı açıqlama veriləcəyini qeyd edib. 

Sevda Bayramova