Türkiyədə son sutkada koronavirusdan 106 nəfər ÖLDÜ - FOTO
    • 25-04-2020, 20:57
    • 490

Türkiyədə son sutkada koronavirusdan 106 nəfər ÖLDÜ - FOTO

"Türkiyədə son 24 saat ərzində 2861 nəfər koronavirusa yoluxub". 

News24.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. O qeyd edib ki, son sutka ərzində yoluxanlardan 106 nəfər ölüb: "Ümumilikdə ölkə üzrə yeni virusa yoluxanların sayı 107 min 773 nəfərə çatıb. Bu xəstəlikdən həyatını itirənlərin sayı isə 2706 nəfər olub". /apa.az