-
- 25-09-2018, 15:08
- 1 053
Dünyada ilk taxta göydələn tikilir
Norveçdə dünyada ən hündür taxta göydələnin karkasının tikinti işləri başaçatıb. Mjos Tower adlanan tikilinin hündürlüyü 85,5 metrdir, o 18 mərtəbədən ibarət olacaq. Brumunddal şəhərində Myos gölünün sahilində tikilən göydələn BMT-nin iqlim dəyişmələri barədə Parisdə imzalanmış çərçivə konvensiyasına dəstək olaraq ucaldılır.
News24.az xəbər verir ki, binada sement və betondan istifadə olunacaq. Əks halda inşaatçılar onun güclü küləklərin təsiri ilə əyilə biləcəyindən ehtiyatlanırlar. Binanın memarları onun oda davamlı olduğunu iddia edirlər. Mjos Tower qülləsində özəl apartamentlər, örtülü hovuz, otel, ofis və restoranlar yerləşəcək. Binanın hər həftə bir mərtəbəsi tikilib tamamlanır. Qeyd edək ki, bu Norveçdə və dünyada taxtadan tikilən ikinci göydələndir. İlk taxta göydələn Berqan şəhərində yerləşir, o 52 metr hündürlükdə olub, 14 mərtəbədən ibarətdir.