Bakıda tuneldə avtomobil AŞDI - FOTO
    • 6-05-2020, 23:10
    • 784

Bakıda tuneldə avtomobil AŞDI - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Ziya Bünyadov prospektindəki yolötürücü tuneldə "Niva" markalı avtomobil aşıb.

Məlumata görə, sürücü idarəetməni itirib. Nəqliyyat vasitəsi yolayırıcı betona dəyərək aşıb. Avtomobildə olan sərnişin xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına aparılıb.