Təxliyyə olunanların 20 faizi KORONAVİRUSA YOLUXANLARDIR
    • 15-05-2020, 18:00
    • 687

Təxliyyə olunanların 20 faizi KORONAVİRUSA YOLUXANLARDIR

Xaricdən gələn vətəndaşlar araslnda yoluxma 20 faiz təşkil edir. Kifayət qədər böyük rəqəmdir. Bu deməkdir ki, bu məsələyə həssas yanaşmalıyıq. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bu infeksiya uzun müddət yaşayacaq:" Amma biz uzun müddət məhdudlaşdırıcı tədbirlər həyata keçirə bilmərik. Kontrollu sosial həyat devizi olmalıdır. Bu da tibbi maska, sosial məsafə saxlanmaqla həyata keçirilməlidir. Çünki maskalar tam qorumur. Hər ikisinə birlikdə riayət edilıməlidir".

Afaq Mirayiq