"Tamamilə çılpaq fotosessiya etdirmək..." - DİLARƏ PLANLARINDAN DANIŞDI
    • 20-05-2020, 14:09
    • 1 924

"Tamamilə çılpaq fotosessiya etdirmək..." - DİLARƏ PLANLARINDAN DANIŞDI

"Sağlam qalmaq üçün evdə qaldıq. Bu müddət ərzində bütün serialları, filmləri izlədim. İki yeni mahnı hazırladıq, amma təbii ki, məsafədə, yəni onlayn şəkildə".

Bu sözləri müğənni Dilara Kazımova News24.az-ın canlı yayımında deyib. O, karantin günlərinin mənfi və müsbət cəhətlərindən danışıb: "Karantinin müsbət tərəfləri var, amma çox azdır. Bu vəziyyətə pozitiv baxmaq çətindir, amma gərəklidir. Bütün dünya bu vəziyyətdədir. Normal həyatda da biz hər dəqiqəni müsbət dəyərləndirməliyik. Baharı, əsl gözəlliyi görmək üçün səbr etməliydik. Evdə qalaraq hər şeyin qədrini daha çox bilməyə başladıq. İndi çöldə nəfəs almaq bizi çox xoşbəxt edir. Stress imuniteti aşağı salır. Evdəki sistemim yataq və masadan ibarət idi. Karantinin ilk iki həftəsində idmandan daha çox yoqa ilə məşğul oldum. Çox kilo almadım. Normal vaxtlarda axşam saat 10-dan sonra yemək yeyirdimsə, karantində bunu etmirdim. Həmin müddətdə  "Tik-Tok"dakı müxtəlif "chalenge" lərə qoşuldum. Onlardan ən maraqlısısı "Yastıq chalenge" oldu. Obrazımı broşla taclandırıb mahnı oxudum".

D. Kazımova cəsarətli obrazlarından söz açıb:"Hər obrazım bir layihəmə uyğun olaraq hazırlanır. Məsələn, "Harem" klipimdə şərq qadın orazına bürünmüşdüm orda ki, çox açıq-saçıqlıq yoxdur. Amma bu günlərdə açıq-saçıq fotolar görsəniz, deməli yeni klip gəlir. Biz hər şeyi məqsədəuyğun edirik. Fotoqrafdan, geyim üzrə çalışandan, işıqdan çox şey aslıdır. Tamamilə çılpaq fotosessiya etdirməyi hələ ki, düşünmürəm, amma tamamilə qapalı şəkildə ola bilər. Bir dramatik mahnı olsa, çox qapalı geyimdə kamera qarşısına keçərəm. Biz aktrisayıq, ona görə də roldan-rola girməliyik".

Müğənni gündəlik geyim tərzindən da bəhs edib: "Topikləri çox sevirəm. Daha çox idman tərzdə geyinməyi sevirəm".

Kazımova "Eurovision" təmsilçimiz sözügedən müsabiqədə ölkəmizi təmsil edəcək Səmra Əfəndi haqda fikirlərini də bizimlə bölüşüb: "Səmranı çox bəyənirəm, mahnı da xoşuma gəldi. Müsabiqəyə çox uyğundur. Çıxışda səhnə quruluşundan çox şey aslıdır. Düşünürəm ki, gələn il ölkəmiz yenidən maraqlı çıxışla yadda qalacaq. Düzdür, bu il "Eurovision" təxirə salındı, amma məncə iştirakçılar heç nəyi itirmədilər. Hətta onu deyə bilərəm ki, mən "Eurovision"da olanda bir şeyi hiss etdim. Onlar bizdən hər zaman qorxurlar. Çünki ölkəmizin gücündən xəbərdardırlar. Mənim üçün Azərbaycan hər zaman birincidir. Favoritlərimin arasında Rusiya da var idi. Düşünürdüm ki, biz birinci, Rusiya isə ikinci yerə nail olacaq".

Sənətçi həmkarı Samir Cavadzadə ilə aralarındakı münasibət haqda yayılan söz-söhbətlərə də münasibət bildirib: "Biz Samirlə çox yaxın dostuq. Əzizimdir, onu çox istəyirəm. Hətta bir klipdə birgə çəkilmişik, çox gözəl hisslər keçirdik. Amma sevgili yox, dostuq. Hazırda ürəyim boşdur. Qismətə çox inanan insanam. Əgər, qismətdə varsa, o insan qabağıma çıxacaq. Mən heç kimi axtarmıram, öz işimlə məşğulam və tələsmirəm. Bəzən, qabağına bir insan çıxır və bir müddət sonra seçimində yanılırsan. Kişi ilə qadının arasında elektrik olmalıdır".

Söhbətimizin sonunda bu gün doğum gününü qeyd edən müğənni dinləyicilərimiz üçün canlı-canlı ifalarını nümayış etdirib.

Sevda Bayramova