Aprel ayında Bakıda havada olan çirkləndirici maddələr 45-50 faizə qədər AZALIB
    • 21-05-2020, 17:25
    • 743

Aprel ayında Bakıda havada olan çirkləndirici maddələr 45-50 faizə qədər AZALIB

ETSN-in funksiyaları çərçivəsində karantin dövründə təbiətdə baş verən dəyişikliklərlə bağlı müşahidələr və monitorinqlər həyata keçirilir. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, hazırda monitorinq işlərininin müasir beynəlxalq standartlara uyğun aparılması təmin olunur:"Respublikanın iri şəhərlərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqi məqsədilə yeni nəsil avtomatik stansiyalar qurulur. Eyni zamanda ölkənin istənilən nöqtəsində ilkin analiz aparmağa imkan verən səyyar mobil laboratoriya fəaliyyət göstərir. Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb.

Xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. Diaqramlardan da göründüyü kimi, 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır.

Karantin dövründə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib. Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir”.

Afaq Mirayiq