Ramzan Kadırovun son vəziyyəti barədə MƏLUMAT VERİLDİ
    • 22-05-2020, 21:59
    • 544

Ramzan Kadırovun son vəziyyəti barədə MƏLUMAT VERİLDİ

Ramzan Kadırov Çeçenistandadır və səhhətində problem yaşamır.

News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Axmat" futbol klubunun baş direktoru Axmat Aydamirov RBC ilə söhbəti zamanı deyib.

O, bildirib ki, dövlət başçısının səhhətində hər şey yaxşıdır: "Kimin belə şayiələr yazdığını bilmirəm. Onunla danışdım. Səhhətində hər şey yaxşıdır və o, heç yerə getməyib".