Məmmədyarov türkiyəli həmkarı ilə telefonla DANIŞDI
    • 25-05-2020, 00:15
    • 825

Məmmədyarov türkiyəli həmkarı ilə telefonla DANIŞDI

Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən News24.az -a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib. 

Tərəflər habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.