Azərbaycanda koronavirusdan 3125 nəfər SAĞALIB
    • 29-05-2020, 18:09
    • 414

Azərbaycanda koronavirusdan 3125 nəfər SAĞALIB

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.