Şagirdlərin sinifdən-sinfə keçməsi ilə bağlı AÇIQLAMA
    • 2-06-2020, 18:02
    • 573

Şagirdlərin sinifdən-sinfə keçməsi ilə bağlı AÇIQLAMA

"Məzunlara dövlət sənədlərinin (attestat) verilməsi ilə bağlı pedaqoji şuranın toplanması onlayn formada keçirilməlidir. Müəyyən səbəblərdən bu olmadıqda sanitar-gigiyenik qaydalara əməl olunmaqla müəllimlər dəvət edilərək proses icra olunmalıdır”.

News24.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları/Keyfiyyətinin təminatı sektorunun aparıcı məshələtçisi Anar Mirzəzadə deyib.

O bildirib ki, 20-29 avqustda məktəbdaxili qiymətləndirmənin keçirilməsindən sonra pedaqoji şura toplanmalı və şagirdlərin sinifdən-sinfə keçirilməsi təmin olunmalıdır. 

A.Mirzəzadə onu da bildirib ki, 11-ci sinifdə oxuyub, illik qiyməti "2" olan şagirdlər də buraxılış imtahanına buraxılacaqlar.