Koronavirus üzərində qələbəni qeyd etmək hələ tezdir - ÜST
    • 5-06-2020, 19:23
    • 757

Koronavirus üzərində qələbəni qeyd etmək hələ tezdir - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus üzərində qələbəni qeyd etməyin hələ tez olduğunu açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum rəsmisi Marqaret Harris BMT-nin Cenevrədəki onlayn brifinqi çərçivəsində bəzi ölkələrdə məhdudlaşdırıcı tədbirlər qaldırıldıqdan sonra yoluxma nisbətlərinin yenidən artdığını bildirib.

Onun sözlərinə görə, bir çox ölkədə karantin tədbirləri qaldırıldıqdan sonra sakinlər COVID-19 pandemiyasının bitdiyini hiss ediblər. Bu, insanların davranışlarında çox nəzərə çarpıb. M.Harris vurğulayıb ki, virus bütün dünyada bitməyənə qədər pandemiya vəziyyəti davam edəcək.

ÜST nümayəndəsi sosial məsafənin hələ də zəruri olduğunu açıqlayıb.