Azərbaycanlı sabiq qadın deputat DTX-yə çağırıldı
    • 8-06-2020, 13:24
    • 399

Azərbaycanlı sabiq qadın deputat DTX-yə çağırıldı

Gürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” qeyri-hökumət təşkilatının təsisçisi Zümrüd Qurbanlı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

News24.az xəbər verir ki, o, DTX-nin irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunacaq.

Z.Qurbanlı bildirib ki, bəzi insanlar Kvemo Kartli bölgəsində qeyri-sabitlik yaratmağa cəhd edirlər: “Biz, Gürcüstan azərbaycanlıları kiməsə siyasi maraqlarını dövlətin maraqlarından üstün tutmağa imkan verə bilmərik”.

DTX-ya dindirilmə üçün bir neçə azərbaycanlı ictimai fəal və din xadimi də dəvət olunub.

Qeyd edək ki, DTX mayın 30-da Kvemo Kartli və Kaxeti bölgələrində azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı istintaqa başlayıb.

Z.Qurbanlı 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub. /Report.az/