"Dadaşda" çay evində QƏLYANXANA AŞKARLANDI - VİDEO
    • 8-06-2020, 19:24
    • 688

"Dadaşda" çay evində QƏLYANXANA AŞKARLANDI - VİDEO

Paytaxtın Nəsimi rayonunda Rayon Polis İdarəsinin əməkdaşları Mərdanov qardaşları küçəsində xüsusi karantin rejimi qaydalarını pozan qəlyanxana aşkarlayıblar.

News24.az APA-ya istinadən xəbər verir ki, “Dadaşda” çay evində qaydalara zidd olaraq, qəlyan çəkilməsinə şərait yaradıldığı müəyyənləşib.

Nəticədə çay evinin sahibi və müştərilər saxlanılıb. Obyektin sahibi Emin Məmmədov 1500 manat, 5 müştərinin hər biri isə 100 manat məbləğində cərimələnib.