Sabah 210 Azərbaycan vətəndaşı  Nyu-Yorkdan təxliyə ediləcək
    • 9-06-2020, 19:15
    • 456

Sabah 210 Azərbaycan vətəndaşı Nyu-Yorkdan təxliyə ediləcək

“Xaricdən ölkəmizə vətəndaşların gətirilməsi mərhələli şəkildə davam edir”.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O qeyd edib ki, Nyu-York-Bakı reysi ilə 210 nəfər iyunun 10-da Bakıya gətiriləcək: “Bundan əlavə, 10 iyundan ayın 30-dək müddətdə xaricdən çarter reysləri qrafiki hazırlanır. Hazırlıq yekun mərhələsindədir”.