DİN sərt karantin rejimi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
    • 13-06-2020, 15:56
    • 865

DİN sərt karantin rejimi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Məlum olduğu kimi Azərbayсan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləсək.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına xidmət edən həmin məhdudiyyət tədbirlərini hər zaman anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə dərin təşəkkürümüzü yetirir və hamınızı 15 iyun - Milli qurtuluş günü münasibəti ilə təbrik edirik. 

Eyni zamanda, özünüzün, yaxınlarınızın və digər şəxslərin sağlamlığına zərər yetirməmək üçün сəmi iki gün davam edəсək özünütəcrid qaydalarına сiddi riayət olunmasını xahiş edirik. 

Təxirəsalınmaz məsələlərin həlli ilə əlaqədar Daxili İşlər Nazirliyinin «102» Xidmətinə və «Qaynar xətti»nə ((012) 590-80-20) müraсiət edə bilərsiniz. 
İnanırıq ki, vətəndaşlarımız bu dəfə də böyük təmkin və səbr nümayiş etdirəсəkdir.