Yardımlıda 6 kiloqrama yaxın heroin ələ keçirildi
    • 15-06-2020, 11:30
    • 442

Yardımlıda 6 kiloqrama yaxın heroin ələ keçirildi

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayonunun Gendərə kənd sakini Vüsal Kazımov saxlanılıb.

DİN-in Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətinə baxış keçirilərkən yardımçı tikilinin arxa tərəfində gizlətdiyi 1 ədəd sellofan bağlamada çəkisi 5 kiloqram 800 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.