Koronavirusa yoluxan Şəhriyar Del Gerani ilə bağlı SON XƏBƏR
    • 16-06-2020, 17:55
    • 726

Koronavirusa yoluxan Şəhriyar Del Gerani ilə bağlı SON XƏBƏR

Koronavirusa yoluxan Şəhiyat Del Gerani xəstəxanadan evə buraxılıb. 

News24.az xəbər verir ki, bu barədə şair "Facebook" hesabında məlumat verib. O bildirib ki, ötən gün tərar müayinədən keçib və səhhəti asimptomatik dəyərləndirildiyi üçün və ambulator müşahidəyə göndərilib. Şəhriyar Del Gerani bu gündən etibarən ev şəraitində özünü bir müddət izolyasiya edəcəyini deyib:"Hal-hazırda Bakıda yaşadığım evdəyəm. Özümü sağlam və yaxşı hiss edirəm. Məndən dolayı narahat olan, nigaran qalan bütün oxuculara, dost-doğma adamlara Eşqlər! Mənəvi dəstəyiniz, dualarınız əvəzsizdir. Allah hər daim sizinlə olsun. Bəli, "Covid 19"-la mübarizədən qalib ayrıldım. Amma dünyada və doğma məmləkətimizdə bu görünməz düşmənlə mübarizə davam edir. Bütün düşünər insanlar kimi mən də özümü bu mübarizənin əsgəri hesab edir və bütün müstəvilərdə bu möhtəşəm xalqa xidmət etməyi özümə şərəf bilirəm. Allah bütün xəstələrimizə şəfa versin, mübarək diyarımız Azərbaycan bu amansız sınaqdan üzüağ, minimum itkiylən çıxsın. Sağlam və səadətli ömür diləyirəm hamıya. Özünüzə yaxşı baxın. Eşqlər!