Nazirlər Kabinetinə yeni vəzifə verildi
    • 16-06-2020, 18:32
    • 519

Nazirlər Kabinetinə yeni vəzifə verildi

Nazirlər Kabinetinə yeni vəzifə verilib.

News24.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Fərmanda əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində kimyəvi silah aşkar edildikdə, həmin silah Konvensiyada nəzərdə tutulmuş hallarda və həmin Konvensiyaya uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada məhv ediləcək.