“Bir qurtum suya həsrətəm”- Koronavirus xəstəsi KÖMƏK İSTƏYİR -FOTO
    • 17-06-2020, 17:37
    • 1 182

“Bir qurtum suya həsrətəm”- Koronavirus xəstəsi KÖMƏK İSTƏYİR -FOTO

“Xalam bir həftə evdə zülüm çəkdi, vəziyyəti pisləşəndən sonra xəstəxanaya aparıblar, koronavirus xəstəsi bir qurtum suya həsrət qalıb. Xahiış edirəm kömək edin”. 

Bunu News24.az-a şikayət məktubunda Əliyeva Sürəyya bildirib. O qeyd edib ki, xalası Fətəliyeva Səbirə Məhərrəməli qızı bir həftədən çoxdur ki, koronavirus infeksiyasından əziyyət çəkir: “Bir həftəyə yaxındır ki, xalam evdə xəstə idi. Qızdırması yüksək oldu, nəfəs daralmasından əziyyət çəkdi. Təcili yardım bir neçə dəfə gəlib baxsa da, xəstəxanaya yerləşdirmədilər. Dünən isə vəziyyəti ağırlaşdı”. 

Sürəyyanın sözlərinə görə, Fətəliyeva Səbirəni özəl klinikalardan birinə aparıblar: “Rentgen müayinəsi edildikdən sonra məlum oldu ki, ağciyəri hər iki tərəfdən artıq bozarmış formadadır. Bir-iki gün də gecikmiş olsaydı, daşlaşmış olardı. Biz sonra TƏBİB-ə yenidən zəng vurduq. Analiz götürdülər. Bundan sonra Semaşko yanında yeni açılmış modul tipli xəstəxanaya apardılar. Bu gün də koronavirus testinin nəticəsi pozitiv çıxdı. Axşam xalam zəng vurub deyir ki, burda bir qurtum su belə vermirlər adama. Yenə evdə o dərmanı özü qəbul edirdi, dünən təzyiqi 70/60-a düşüb. Mən özüm tibb bacısıyam. Qadın o qədər pis vəziyyətəı düşüb ki, dəhlizdə yerdə uzanıb qalıb. Qarın işləmə tutub onu, deyir səhərdən dərman istəyir, vermirlər. Deyirlər ki, hələ dərman gətirilməyib.  Prezident bu qədər pul ayırır, mən özüm də maaşıma əlavə olmaqla koronavirus xəstələrinə baxmışam, o pulu mən də almışam, amma halallıqla... Xahiş edirik, ona yardım olunsun, 25 il neft şirkətində işləyib. Dövlətə vergi ödəyib, onu yaxşı bir xəstəxanaya yerləşdirsinlər. Bizə deyir, “məni bura ölməyə göndərdiz, öz evimdə heç olmasa bir qurtum su içirdim. Burda heç nə yoxdu, burda ölərəm”.      

Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinə sorğu göndərilib. 

Afaq Mirayiq